XƏBƏRLƏR

ADU-da info-sessiya keçirilib

01 aprel, 2024

Azərbaycan Dillər Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) tərəfindən info-sessiya keçirilib. Sessiya zamanı tələbələrə təşkilatın fəaliyyəti, məqsədləri, habelə, gənclər arasında əlaqə yaratmaq, tələbələrimizin və gənclərimizin bu sahəyə olan marağını artırmaq, gələcəkdə onların iş fəaliyyətinə dəstək olmaq məqsədilə məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə nüfuzlu beynəlxalq gənclər təşkilatına çevrilmiş və hal-hazırda QH üzv ölkələrində gənclərin şəxsi inkişafı və mədəniyyətlərarası dialoquna təkan verən bir platforma olaraq geniş spektrli fəaliyyətlər icra edir.