XƏBƏRLƏR

ADU-nun disertantı Sinqapurda təşkil olunan təlimlərdə iştirak edib

02 aprel, 2024

Azərbaycan Dillər Universitetinin dissertantı və sabiq müəllimi,ölkənin ilk İCF akreditasiyalı tələbə kouçu Günay Məmmədova Elm və Təhsil Nazirliyinin təşəbbüsü, T-Network-ün təşkilatçılığı ilə Sinqapurda təşkil olunan “Təhsildə menecment və islahatlar üçün təhsildə idarəetmə və müəllim inkişafı”, “Texnologiya ilə öyrətmə və öyrənmə”, “Sinqapur təhsilinə baxış:Pedaqoji islahatlar daxil olmaqla siyasət, struktur və sistem(“Daha az öyrət, daha çox öyrən” hərəkatı)” adlı 3 təlimdə Bakının bir qrup qabaqcıl direktorları ilə birgə iştirak edib.

Bildirilib ki, Günay Məmmədova ölkəyə beynəlxalq dərəcəli sertifikatla geri qayıdaraq Sinqapurda öyrəndiklərini müəllim kolleqaları ilə seminarlar şəklində paylaşmağı hədəfləyir. Elm və Təhsil Nazirliyi və T-Network-ün birgə təşkil etdiyi “Təhsilin Ulduzu” müsabiqəsində ölkə birincisi seçilən Günay Məmmədova  “Təhsilin Ulduzu” adına layiq görülərək universiteti layiqincə təmsil edib.

Tələbə kouçu Günay Məmmədovaya hədəfləri və fəaliyyətlərində uğurlar diləyirik.