XƏBƏRLƏR

Müəllimləri şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər

15 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Regionşünaslıq kafedrasının müəllimləri prof. S.Əliyeva, S.Ələsgərova, S.Muradova və R.Ağaqasımov  9 aprel 2024-cü il tarixində fakültənin məzun şəhidi Elvin Bayramovun ailəsini ziyarət ediblər.

Regionşünaslıq kafedrasının müəllimi Səbinə Muradova Şəhid Elvin Bayramovun tələbəlik dövrü ilə bağlı xatirələrindən danışıb. 

Görüş zamanı, şəhidin bacısı Sitarə Bayramovanın bayram gününə təsadüf edən doğum günü qeyd olunub.