XƏBƏRLƏR

Şəfəq Abdullayevanın həmmüəllif olduğu məqalə beynəlxalq jurnalda çap olunub

16 aprel, 2024

Azərbaycan Dillər Universitetinin professor Şəfəq Abdullayevanın müəlliflərindən biri olduğu “Financial stability strategies for oil companies amidst high volatility in the global oil products market (Qlobal neft məhsulları bazarında yüksək volatillik şəraitində neft şirkətləri üçün maliyyə sabitliyi strategiyaları)” elmi məqaləsi Elsevier şirkətinin Web of Science və SCOPUS data bazalarında indekslənən “Energy Strategy Review (Volume 53, May 2024, 101377)” jurnalında nəşr edilmişdir. Jurnal Q1 kateqoriyasına aiddir və impakt faktoru 8.2-dən yuxarıdır (SCIE: 10.01, CiteScore: 15.1). Bu məqalə Azərbaycan adından impakt faktoru yüksək olan jurnallarda nəşr edilən məqalələrdən biridir. Məqaləni aşağıdaki linkdən əldə etmək mümkündür.

https://www.sciencedirect.com/science/article/pii/S2211467X24000841