XƏBƏRLƏR

ADU-da interaktiv dərs keçirilib

16 aprel, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının təşəbbüsü ilə yaradılmış Beynəlxalq danışıq klubu çərçivəsində interaktiv dərs keçirilib.

 BMR fakültəsi nəzdində Xarici dillər kafedrasının yapon dili üzrə müəllimi Xanım Xəlilovanın təşkil etdiyi dərsdə Yaponiyadan gələn Xanım Maki Senseyi iştirak edib.

ADU-nun yaponiyaşünaslıq ixtisası üzrə I kurs azərbaycan və rus bölmələrinin tələbələrinin iştirak etdiyi dərsdə  yapon dilində bir çox dialoqlar və müzakirələr aparılıb.

 Dərsin ən maraqlı hissəsi isə məhz “oriqami” düzəltmə anı idi. Burada Maki sensei tələbələrə video nümayiş etdirərək, durna düzəltməyi öyrətdilər. Dərs zamanı tələbələr bacarıqlarını maksimal dərəcədə nümayiş etməyə və sərbəst yapon dilində danışmağa cəhd göstərdilər. Bu tipli dərslər mütəmadi olaraq keçirilir. Bu da Yaponşünaslıq ixtisasında təhsil alan tələbələrin şifahi nitq bacarıqlarının inkişafında mühüm rol oynayır.