XƏBƏRLƏR

ADU-da istehsalat təcrübəsi ilə bağlı görüş keçirilib

18 aprel, 2024

Tərcümə fakültəsi, Əlavə Təhsil və Təcrübə şöbəsinin təşkilatçılığı ilə Konsis Tərcümə Mərkəzi, Avrasiya Tərcümə Mərkəzi, Şəms Tərcümə Mərkəzi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycan Bəstəkarlar İttifaqı, Global Translation MMC, G&L Translation şirkəti, Heydər Əliyev Mərkəzi, Enverson MMC kimi dövlət qurumlarının və şirkət rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə tələbələrin təhsil illərində yiyələndikləri biliklərin istehsalat təcrübəsində keyfiyyəti müzakirə olunub.

Təkliflərin növbəti illərdə daha faydalı təcrübəçi hazırlığına yol açması nəzərdə tutulub.