XƏBƏRLƏR

ADU-da “Öz biznesini qur” adlı seminar keçirilib

19 aprel, 2024

Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatı nəzdində ENACTUS klubunun təkilatçılığı ilə biznes koçu, təlimçi Elvin Dadaşsoy tərəfindən “Öz biznesini qur” adlı seminar keçirilib.

Seminarda bizneslə maraqlanan, gələcəkdə bu sahə ilə məşğul olmaq istəyən tələbələrə karyera prosesində uğurlu biznesin əsas şərtləri, düzgün maliyyə idarəsi, peşəkar komandanın qurulması, satış bacarıqlarının inkişafı, müştərilərlə doğru ünsiyyət metodları haqqında məlumat verilib.