XƏBƏRLƏR

ADU-nun təcrübəçi tələbələri tərəfindən silsilə tədbirlər keçirilib

19 aprel, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Nəsimi rayonu Eldar Tağızadə adına 164 saylı məktəbdə təcrübə keçən Təhsil-2 fakültəsinin 418A və 418 B qrup tələbələri, məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi Dahilə Allahverdiyeva və şagirdlərlə birgə  “Save The Earth”, “Let’s turn our planets into paradise” və “Let’s make our planet the most beautiful and even greener place" adlı silsilə  tədbirlər keçiriblər.

İngilis dili ilə yanaşı, ana dilində də böyük mütəfəkkir şair Nizami Gəncəvinin “Yeddi gözəl" poemasından və Səməd Vurğunun şeirlərindən parçalar səsləndirilib.

Məktəbin foyesində əl işlərindən ibarət müxtəlif təbiət şəkilləri, divar qəzeti, posterlər nümayiş olunub. Şəkillər arasında diqqət çəkən, ən kiçik yaşlarından təbiəti sevməyi, qorumağı, ağaclara güllərə qayğı göstərməyi aşılayan gül və ağacları sulayan kiçik qız uşağı şəkili olduğu bildirilib.

Tədbirdə məktəbin direktoru Kəmalə Qədirova ,dərs hissə müdiri İradə İsmayılzadə, Filologiya fakültəsi nəzdində Xarici Dillərin tədrisi metodikası kafedrasının metodisti Tamilla Abdullayeva və digər müəllimlər, təcrübəçi tələbələr, şagirdlər iştirak ediblər.