XƏBƏRLƏR

Təcrübədə olan tələbələr tərəfindən "Save The Earth" adlı tədbir keçirilib

23 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 saylı məktəbdə təcrübə keçən Təhsil 2 fakültəsinin 419A və 419B qrup tələbələrinin  məktəbin İngilis dili müəllimləri- Nabat Əyyubova, Pərvanə Hüseynova,  Sevinc Ağayevanın birgə təşkilatçılığı ilə müxtəlif siniflərlə "Save The Earth" adlı tədbir keçirilib.
Tədbirdə ingilis dilində mahnılar səsləndirilib, şagirdlər tərəfindən rəqslər nümayiş olunub.
Uşaqların ekaloji təbiətə vurduğu ziyanla bağlı səhnəcik nümayiş olunub.
Tədbirlə əlaqədar olaraq posterlər, divar qəzeti, müxtəlif maraqlı təbiət şəkillər tərtib olunub və məktəbin foyesində nümayiş etdirilib.
Tədbirdə məktəbin direktoru Firəngiz Həmidova, təlim-tərbiyə üzrə direktor müavini Gülşən Allahverdiyeva, sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Gülnarə Zeynalabdin, ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Aynur Təhməzova və digər müəllimlər, təcrübəçi tələbələr, şagirdlər iştirak ediblər.