XƏBƏRLƏR

Tələbələr eko və tarixi tur həyata keçiriblər

23 aprel, 2024

 Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrasının baş müəllimi Sevinc Qurbanova, BM və regionşünaslıq fakültəsinin I kurs Amerikaşünaslıq ixtisası üzrə tələbələrlə birgə eko və tarixi tur həyata keçiriblər. Onlar İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğunu ziyarət ediblər.

Tələbələr Qoruğun təkcə zəngin maddi və mənəvi tarixi ilə deyil, həmçinin, ətraf mühitin mühafizəsi və təbiətin qorunmasına dair həssas münasibəti ilə tanış olublar. Beləki, İçərişəhərdə havanın təmizliyini qorumaq məqsədilə nəqliyyat məhdudlaşdırılıb, ayrıca velodayanacaqlar yaradılıb, təkrar emal üçün botanik çəlləklər və yaşıl parklar salınıb.

Tələbələr Şirvanşahlar saray kompleksi, Miniatür kitab muzeyi, Əliağa Vahid parkı və  sonda Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış olaraq həm tarixi, həm də ekoloji biliklərini artırıblar.