XƏBƏRLƏR

“İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib

24 aprel, 2024

Azərbaycan Dillər Universitetində (ADU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən universitetin pedaqoji heyəti və tələbələri üçün “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin İnsan resursları şöbəsinin müdiri Məmməd İsmayılov İcbari tibbi sığortanın əhəmiyyətindən danışıb.

Sözügedən qurumun nümayəndələri Pərvin Baxşalıyeva, Fuad Bayramov öncə İcbari tibbi sığorta haqqında ümumi məlumat verib,  sonra isə “İcbari tibbi sığorta haqları”,  “İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər”, “Dövlət (TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları) və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası”,”Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı”, “Sağlam həyat tərzinin təbliği” və digər mövzularda çıxış ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Nizamnaməsinin 3.1.19-cu bəndində göstərilən fəaliyyət istiqamətinə uyğun olaraq icbari tibbi sığortanın təbliği və bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.