XƏBƏRLƏR

"Heydər Əliyev və Azərbaycan təbiəti" mövzusunda inşa müsabiqəsi keçiriləcək

24 aprel, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası «Heydər Əliyev və Azərbaycan təbiəti» adlı inşa müsabiqəsi elan edir. 

Müsabiqədə iştirak etmək istəyən bütün regionlar üzrə 3-cü kurs tələbələri, 26 aprel 2024-cü il tarixinə qədər Regionşünaslıq kafedrasında qeydiyyatdan keçə bilərlər.