XƏBƏRLƏR

ADU-nun təçrübəçi tələbələri tərəfindən "Uğur nədir?" adlı tədbir keçirilib

25 aprel, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Hədəf Liseyində metodist Mirsadiq Cəfərovun rəhbərliyi ilə təcrübədə olan Təhsil-2 fakültəsinin ingilis dili müəllimliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri -Sevinc Aşralıyeva, Günay Ramazanova, Sevinc Abuşova və Pərvin Hüseynli tərəfindən, "Dəyərlər həftəsi" konsepti çərçivəsində "Uğur nədir?" adlı tədbir keçirilib.

Açlış nitqi ilə çıxış edən tələbə Sevinc Aşralıyeva öncə tədbirin məzmunu və məqsədi barədə məlumat verib,  daha sonra uğur haqqında, tarixdə uğurlar qazanaraq izlər qoymuş bir sıra şəxsiyyətlər barəsində məlumat verib.  Ardınca şagirdlər arasında interaktivliyi təmin etmək məqsədilə təcrübəçi tələbələr -Sevinc Abuşova və Günay Ramazanova tərəfindən intellektual oyun keçirilib.

Komandalar şəklində təşkil olunan oyunun sonunda qalib komandaya sertifikat təqdim olunub.

Liseyin 6a3 sinfinin şagirdləri ilə birlikdə keçirilən tədbirin sonunda təcrübəçi tələbə Pərvin Hüseynli tərəfindən uğur sizin üçün nədir?, həyatınızda hansı uğurları əldə etmisiniz?, uğursuzluqla qarşılaşanda nə etmək lazımdır? sualları ətrafında müzakirə aparılıb.