XƏBƏRLƏR

ADU-nun dosentinin “Sözün sirdaşı” adlı kitabı çap olunub

25 aprel, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının dosenti Oqtay Abbasın poeziyada öz dəst-xətti ilə seçilən tanınmış şair, publisist Ağacəfər Həsənlinin zəngin yaradıcılığına həsr olunmuş “Sözün sirdaşı” adlı kitabı çap olunub.

Kitabda şairin keçdiyi həyat yolundan bəzi məqamlar oxuculara çatdırılır, şeirlərinin, poemalarının, çoxsaylı publisistikasının özünəməxsus  səciyyəvi cəhətləri  şərhini tapır. Müəlliflə Ağacəfərin uzun illərin sınaqlarından çıxmış dostluq münasibətləri ilə bağlı kövrək xatirələr, Ağacəfərin bir insan kimi bəzi fərdi xüsusiyyətləri, zəngin xatirələrdən yaranmış təəssüratların bir  qismi  kitabda yer alıb.  

  Qeyd edək ki, müəllif kitabı A.Həsənlinin 70 illiyinə həsr  edib.