XƏBƏRLƏR

ADU-da Esse müsabiqəsi keçiriləcək

25 aprel, 2024

Azərbaycan Dillər Universiteti Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Təhsil 1 fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası və Akademik yazı və oxu mərkəzinin təşkilatçılığı ilə “Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə” Təhsil 1 və 2 fakültələrinin 3-cü kurs bakalavr tələbələri arasında Ulu Öndər H.Əliyevin dövlətçilik və siyasi fəaliyyətini əks etdirən “Esse” müsabiqəsi elan olunur.

Müsabiqənin şərtləri, qiymətləndirmə meyarları və mövzuları:

• “Esse müsabiqəsi” 1 mərhələdən ibarətdir;

• Müsabiqədə Təhsil 1 və 2 fakültələrinin 3-cü kurs tələbələri iştirak edə bilər;

• Müsabiqədə aşağıdakı mövzular əhatə olunur:

Heydar Aliyev as a founder of modern Azerbaijan

Heydar Aliyev and his reforms in education of Azerbaijan

The legacy of the great leader Heydar Aliyev to the present and future generations

• Müsabiqə zamanı  tələbələr akademik yazı qaydaları olan məzmun bütövlüyü, ideyalar arasında məntiqi əlaqə, düzgün yazı qaydaları və fikirlərin dəstəklənməsinə riayət etməli və 250-300 sözdən ibarət esse yazmalıdırlar.

• Xüsusi komissiya tərəfindən tələbələrin işləri qiymətləndiriləcək və ballara əsasən qaliblər müəyyən ediləcək.

Komissiyanın üzvləri:

dos.Sevil Qurbanova                    

dos.Həsənova Gülər

b/m İbrahimova Zarema

b/m Hacıyeva Gülnarə

m.Eyyubova Aygül

m.Mehrəliyeva Günay

Mükafatlar:

• Toplanan ballara əsasən 1 tələbə 1-ci, 2 tələbə 2-ci, 3 tələbə 3-cü yerə layiq görüləcək. Hər bir lauriat  mükafat və diplomla təltif olunacaq

Bilik olimpiyadasının keçirilmə tarixi: 06.05.2024 / saat 13:00

Nəticələrin elanı və mükafatlandırma tarixi: 20.05.2024