XƏBƏRLƏR

Təcrübəçi tələbələr tərəfindən Beynəlxalq İngilis dili və Kitab Gününə həsr olunmuş tədbir keçirilib

25 aprel, 2024

Azərbaycan Dillər Universitetinin S.Poladi adına 159 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələri məktəbin şagirdləri ilə birgə Beynəlxalq İngilis dili və Kitab Gününə həsr olunmuş tədbir keçiriblər.

Tədbiri giriş sözü ilə açan ADU-nun Xarici Dillərin tədrisi metodikası kafedrasının dosenti Qələmşah Heybətov gününün əhəmiyyətindən danışıb.

Tədbir iki dildə - ingilis dilində Səadət Təhməzzadə, ana dilində isə Ləman Qurbanova tərəfindən aparılıb.

Tədbirdə şagirdlər tərəfindən ingilis dilinə maraq yaradacaq səhnələr, şeirlər, musiqilər, həmçinin, rəqslər nümayiş olunub.

Məktəbin direktoru Gülşən Novruzova və direktor müavini Hökümə Camalova çıxış edib. Onlar Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri Qələmşah Heybətov, Nahidə Əlizadə, pedaqoq Təranə Əliyeva və Namilə Əliyeva ilə birgə tədbiri təşkil edən hər kəsə - təcrübəçi tələbələrə və şagirdlərə təşəkkürünü bildiriblər.

Tədbirin sonunda çıxış edən p.f.d.,dos Vidadi Bəşirov məktəbin rəhbərliyinə, eyni zamanda, tədbirdə iştirak etdikləri üçün Pedaqogika kafedrasının müəllimləri, Təhsil 1, Təhsil 2 fakültəsinin nümayəndələrinə, təcrübəçi tələbələrə minnətdarlığını bildirib.