XƏBƏRLƏR

ADU-nun təcrübəçi tələbələrinin təşkilatçılığı ilə məktəbdə tamaşa hazırlanıb

25 aprel, 2024

Akif Abdullayev adına 211 saylı orta məktəbdə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi, metodist İlhamə İsgəndərovanın rəhbərliyi altında bu məktəbə təhkim olunmuş 417A qrup tələbələri Xuduyeva Vüsalə, Babacanova Sərinə, Nağızadə Nərmin və 417B qrup tələbələri Usmanova İradə, Alırzayeva Leyla və Behputov Emilin təşkilatçılığı ilə şagirdlər tərəfindən Xalq yazıçısı Anarın “Keçən ilin son gecəsi” pyesi səhnələşdirilib.

Tədbir şagirdlər tərəfindən səsləndirilən, musiqisi Emin Sabitoğluya, sözləri Sədaqət Əhmədovaya məxsus “Azərbaycan” mahnısı ilə başa çatıb.

Tədbirimizdə Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsinin dekan müavini Namiq Əsədov, Təhsil 2 fakültəsinin nəzdində pedaqogika kafedrasının baş müəllimi Naibə Xiyalova, Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Nuranə Bədiyeva, Pedaqoji təcrübə şöbəsinin rəhbəri Nicat Aşurov iştirak ediblər.