XƏBƏRLƏR

ADU-nun müəllimi Beynəlxalq Daron Disleksiya Mərkəzinin rəhbəri ilə görüşüb

26 aprel, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova İsraildən dəvət olunmuş mütəxəssis Beynəlxalq Daron Disleksiya Mərkəzinin rəhbəri Lora Zakonla görüşüb.

Lora Zakon uşaqların fiziki, mənəvi baxımdan inkişaf etdirilməsi və SİM şəxslərin cəmiyyətə inteqrasiyasında İsrail təcrübəsi barədə məlumat verib, həmçinin, disleksiyanın korreksiyasında dünya miqyasında səmərəliliyi sübuta yetirilmiş Devis metodundan danışıb.

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova disleksiyanın korreksiyasında ölkəmizdə istifadə olunan metodlar barəsində müqayisə xarakterli fikirlər səsləndirib.

Qeyd edək ki, periodik olaraq xarici mütəxəssislərin iştirakı ilə görüşlərin keçirilməsi artıq ənənəyə çevrilib.