XƏBƏRLƏR

ECL Beynəlxalq imtahanı Alman dili B1 səviyyəsində keçiriləcək

26 aprel, 2024

Növbəti ECL B1 imtahanı *07.06.24* tarixində Medizin Consulting Group-un Səməd Vurğun 174 ünvanında(Tibb Universitetinin yanı, KFC yerləşən binanın 3-cü mərtəbəsi) yerləşən tədris mərkəzində səhər saat 8.30-da baş tutacaq.

Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsi nəzdində, Xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi dos. Aida Sobor və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində Xarici dillər kafedrasının filologiya elmləri namizədi dos. Qönçə Abdulrəhimova tərəfindən koordinasiya edilir.

Sözügedən imtahan üçün qeydiyyat başlayıb, may ayının 9-na qədər qeydiyyatdan keçə bilərsiz.

Qeydiyyatdan keçmək istəyən şəxslər, şəxsiyyət vəsiqəsi ilə 2024-cü il 4 mart tarixinə qədər ADU-nun ıv mərtəbəsində yerləşən 412 nömrəli şöbəyə (Qrantlar - Layihələr) yaxınlaşmağı xahiş olunur.

Qeyd edək ki, imtahandan uğurla keçən şəxslər Beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

 

Əlaqə üçün
1.Aida Sobor tel : 0503757201
2.Qönçə Abdulrəhimova tel: 0503304842