XƏBƏRLƏR

Beynəlxalq jurnalistika şöbəsində birgə müzakirə keçirilib

26 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Beynəlxalq  jurnalistika  şöbəsinin  müdiri, baş müəllim  Nərgiz Çərkəzqızı  və  Azərbaycan  ədəbiyyatı  kafedrasının  dosenti, fil.f.d. Aynurə Hüseynova tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  “Müstəqillik  illərində  ingilisdilli  mətbuatda  Azərbaycan  obrazı  (1993-2003)” kitabının  təhlili  ilə  bağlı birgə müzakirə keçirilib. Müzakirənin əvvəlində  N. Çərkəzqızı  Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində oynadığı böyük rolu və kitabın gələcək araşdırmalar üçün gərəkli əhəmiyyətindən bəhs edib.

 A.Hüseynova slayd – təqdimat göstərərək “Müstəqillik illərində ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabında yer alan mətbuat nümunələrini təhlil edib şərhlər vermiş, kitabın elmi jurnalistika  üçün dəyərli mənbə olduğunu diqqətə çatdırıb.

 Sonda  tələbələrin  kitab  haqqında sualları cavablandırılıb.

 Layihə  rəhbəri  ADU-nun rektoru, akademik Kamal Abdullaya və kitabın digər müəlliflərinə təşəkkür ediblər.