XƏBƏRLƏR

ADU-nun təcrübəçi tələbələri tərəfindən “Qarabağa qayıdış” adlı tədbir keçirilib

29 aprel, 2024

Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının dosenti Mehriban Təhməzovanın rəhbərliyi ilə 95 saylı tam orta məktəbdə pedaqoji təcrübə keçən tələbələr tərəfindən Aprel döyüşlərinə həsr olunmuş “Qarabağa qayıdış” adlı tədbir keçirilib.

İngilis və Azərbaycan dilində təşkil olunmuş tədbirdə həmin məktəbdə pedaqoji təcrübə keçən metodistlər, məktəbdən kənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı Rahil Hüseynov, təlim-tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlı, uşaq birliyi rəhbəri Günay Rəsulova, ingilis dili müəllimləri Müzəyyən Şıxıyeva, Nigar Hüseynova, sinif rəhbərləri, şagirdlər və digər müəllimlər iştirak ediblər.  Eyni zamanda, qonaq qismində Vətən müharibəsi qaziləri də iştirak ediblər.

Tədbirin sonunda metodistlər, sinif rəhbərləri və qazilər çıxış ediblər. Xüsusilə seçilən şagirdlərə təşəkkürnamə təqdim olunub.