XƏBƏRLƏR

“Erasmus +” proqramı çərçivəsində Piteşti universitetində təhsil alan ADU-nun tələbələri ölkəmizi təmsil ediblər

29 aprel, 2024

Buxarest Milli Politexnik Elm və Texnologiya Universiteti 22-26 aprel  tarixlərini V. Şekspir həftəsi elan edib.  Universitetin İlahiyyat, ədəbiyyat, tarix və incəsənət fakültəsi həftə ərzində V. Şekspir ilə bağlı maraqlı tədbirlər  planı  həyata keçirib. Tədbirdə ERASMUS + proqramı ilə Piteşti universitetində təhsil alan Təhsil-1 və Təhsil -2 fakültələrinin tələbələri,  Günay Allahyarlı (ESSEX qupu)  və Nərgiz Aslanova təbdirdə iştirak ediblər. Onlar V.Şeksprin sonetlərindən nümunələr səsləndiriblər.  

Tədbirdən sonra V. Şekspir  yemək yarmarkası təşkil olunub.  Yarmarkada müxtəlif ölkələrdən olan tələbələr öz milli yeməklərini nümayiş etdiriblər. ADU-nun tələbələri bu yarmarkada Azərbaycanın milli  yeməklərini təqdim ediblər.

 Tədbirin sonunda  fəal  iştiraklarına görə hər iki tələbəmiz fakültənin dekanı  dosent Konstantin Augustus Barbulesku tərəfindən mükafatlandırılıb.