XƏBƏRLƏR

ADU-nun müəllimi beynəlxalq konfransda iştirak edib

29 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin müəllimi Bahar Əliyeva Türkiyənin Erciyes Universitetində keçirilən Koreyaşünaslıq üzrə IV ERAKAM beynəlxalq konfransda iştirak edib.

Konfransda o, “Koreyada “backpacking(bel çantası)” səyahətinin yaranması və populyarlaşması” adlı məruzə ilə çıxış edib.

Sözügedən konfransda Türkiyə, Cənubi Koreya, Bolqarıstan, Sloveniya, İtaliya, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İordaniya və s. olmaqla, ümumilikdə, 14 ölkədən 70-ə yaxın iştirakçı olduğu bildirilib.

Qeyd edilib ki, keçən il Erciyes Universitetinin təşkil etdiyi eyniadlı konfransa Azərbaycan Dillər Universiteti ev sahibliyi etmişdir.