XƏBƏRLƏR

ADU-da “Füzulişünaslığın aktual problemləri” adlı tədbir keçirilib

29 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Füzulişünaslığın aktual problemləri” adlı tədbir keçirilib.

 Magistratura şöbəsinin ədəbiyyatşünaslıq ixtisasının və Filologiya fakültəsinin tələbələrinin iştirak etdiyi görüşün qonağı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun  “Füzulişünaslıq” sektorunun müdiri, fil.e.d., professor Ataəmi Mirzəyev olub.

Tədbiri giriş sözü ilə açan kafedranın müdiri professor Aynur Sabitova mövzunun aktuallığı və bu sahədə tələbələrin məlumatlandırılmasının vacibliyi haqqında danışıb.

Ataəmi Mirzəyev M.Füzulinin yaradıcılığı haqqında geniş məlumat verib, qəzəllərdən nümunələr gətirərək görkəmli şairin dühasının özünəməxsusluğunu qeyd edib.

Eyni zamanda, qonaq bu il çərçivəsində Füzulişunaslıq sahəsində görülən işlər, keçirilən tədbirlər, yeni tədqiqat əsərlərinin nəşrləri barədə də danışıb.

 Görüş iştirakçıların sualları əsasında müzakirələrlə davam edib.