XƏBƏRLƏR

2025-ci il ELMİ-TƏDQİQAT üzrə Yaponiya Dövlət Təqaüd proqramına qeydiyat başlayır

03 may, 2024

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi  aşağıda məlumatı nəzərinizə çatdırır:
Azərbaycan vətəndaşı olan tələbələrin Yaponiyada Tədqiqatçı/Magistr/Doktor pillələri üzrə tam ödənişsiz təhsil almaq imkanı verən MEXT (Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi) tam təqaüd proqramını təqdim edirik. Proqram haqqında vacib məlumatlar aşağıda qeyd olunub:

Proqramın adı: 2025-ci il ELMİ-TƏDQİQAT üzrə Yaponiya Dövlət Təqaüd proqramı (Tədqiqatçı, Magistr və Doktorantura təhsili)

Təqaüd proqramının müddəti: aprel 2025-mart 2027

 

Təqaüd nələri əhatə edir?
     Yaponiyaya gediş və qayıdış aviabiletləri
     Təhsil haqqından azad olma
     Aylıq təqaüd (Tədqiqatçı tələbələr (non-degree): 143000 yapon yeni; 
          Magistr tələbələri: 144000 yapon yeni; 
          Doktorantura tələbələri: 145000 yapon yeni
(təqribən 1000 USD)

 

 

Sənəd qəbulu: 05 aprel – 17 may 2024-cü il

 

 

Proqram və proqramda iştirak üçün və tələb olunan sənədlər haqqında ətraflı məlumat  üçün linkə daxil olun: https://www.az.emb-japan.go.jp/files/100649967.pdf