XƏBƏRLƏR

ADU-da “Esse” müsabiqəsi keçiriləcək

03 may, 2024

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Azərbaycan Dillər Universiteti müsabiqə elan edir.

Təhsil-2 fakültəsinin Müəllim və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrası 1-ci kurs tələbələri arasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən “The political portrait of Heydar Aliyev” mövzusunda “Esse” müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri, qiymətləndirmə meyarları və mövzuları:

• “Esse” müsabiqəsi 1 mərhələdən ibarətdir;

• Müsabiqədə Təhsil-2 fakültəsinin 1-ci kurs tələbələri iştirak edir;

• Müsabiqədə aşağıdakı mövzular əhatə olunur:

“Heydar Aliyev and the Parliament of Azerbaijan”

“Big projects by Heydar Aliyev”

“Heydar Aliyev’s high reputation in the Soviet Union”

“Oil strategy of Heydar Aliyev”

“Heydar Aliyev’s views on the development of Azerbaijans relations with Türkiye”

• Müsabiqə zamanı  200-250 sözdən ibarət esse yazılmalıdır. Essedə məzmun bütövlüyü, üslubi qaydalara riayət edilməlidir.

• Xüsusi komissiya tərəfindən tələbələrin işləri qiymətləndiriləcək və ballara əsasən qaliblər müəyyən ediləcək.

Komissiya üzvləri:

f.f.d.Əliyeva Xəyalə

f.f.d.Qədimova Lailə

b/m Səlimova Nərgiz

m.Məmmədova Leyla

Mükafatlar: Toplanan ballara əsasən 1 tələbə 1-ci, 2 tələbə 2-ci, 3 tələbə 3-cü yerə layiq görüləcək. Hər bir lauriat  mükafat və diplomla təltif olunacaq.

Bilik müsabiqəsinin keçirilmə tarixi: 08.05.2024 / saat 13:00