XƏBƏRLƏR

“Ali təhsil müəssisələrində transdissiplinarlıq strategiyaları ilə maarifləndirmə fəaliyyətinin təşkili” layihəsi çərçivəsində seminar keçirilib

06 may, 2024

Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Ali təhsil müəssisələrində transdissiplinarlıq strategiyaları ilə maarifləndirmə fəaliyyətinin təşkili” layihəsi çərçivəsində seminar keçirilib.

Seminarı keçirən Azərbaycan Gənc alim, Doktorant və Magistrlar Cəmiyyətinin idarə heyətinin üzvü Sevinc Ədilova ADU-nun doktorant, dissertant və magistrlarına mövzu ilə bağlı prezentasiya keçirərək ətraflı məlumat verib, daha sonra sual-cavab formatında müzakirələr keçirilib.

Seminarda ADU-nun Tədris məsələləri üzrə prorektoru dos. Kifayət Hacıyeva, doktorantura şöbəsinin müdiri p.f.d. Nərgiz Qarayeva, magistratura şöbəsinin müdiri dos. Firuzə Rzayeva da iştirak ediblər.

 Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.