XƏBƏRLƏR

“İlham Əliyev “Qafqaz evi” strategiyasının davamçısıdır” adlı elmi-praktik seminar keçirilib

06 may, 2024

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) BMR fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “İlham Əliyev “Qafqaz evi” strategiyasının davamçısıdır” adlı elmi-praktik seminar keçirilib.

Tədbirdə kafedra müdirləri, müəllimlər, Qafqaz Tarixi Mərkəzinin direktoru və Qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kafedra müdiri, dosent Xatirə Hacıyeva tədbirin əhəmiyyətini vurğulayaraq, “Qafqaz evi” ideyasının aktuallığı, regiondakı əhəmiyyəti barədə danışıb.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov “Prezident İlham Əliyevin praqmatik Qafqaz evi ideyası” mövzusunda çıxış edib, “Qafqaz evi” ideyasının reallaşmasının gündəmdə olması və bu istiqamətdə hər birimizin, xüsusilə gənclərin bütün qüvvələrini səfərbər etməli olduqlarını qeyd edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “Qafqaz evi ideyası: tarixi və bugünü”, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov isə M.Ə.Rəsulzadənin “Qafqaz Konfederasiyası” ideyası ilə H.Əliyevin “Qafqaz evi” layihəsinin müqayisəli təhlili mövzusunda çıxış ediblər.

Elmi-praktik seminar iştirakçıların müzakirəsilə yekunlaşıb.