XƏBƏRLƏR

ADU-da keçirilən “Esse” müsabiqəsinin yazı mərhələsi keçirilib

06 may, 2024

Mayın 6-da Azərbaycan Dillər Universiteti Ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətini əks etdirən “Esse” müsabiqəsinin yazı mərhələsi keçirilib.

Qeyd edək ki, müsabiqə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası və Akademik yazı və oxu mərkəzinin təşkilatçılığı ilə Təhsil-1 və Təhsil-2 fakültələrinin tələbələri arasında təşkil olunub.