XƏBƏRLƏR

“Azərbaycanda ÇAY” adlı ustad-dərs keçirilib

07 may, 2024

 Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının dosenti Rəcəbli Rəna Qəzənfər qızı Minsk Dövlət Linqvistik Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “Azərbaycanda ÇAY” adlı ustad-dərs keçirilib. Dərsdə Azərbaycanın çay mədəniyyəti haqqında, çayla bağlı adət-ənənələr, eləcə də, azərbaycanlıların gündəlik həyatında bu içkinin simvolizmi haqqında ətraflı məlumat verilib.

Ustad-dərsin sonunda iştirakçılar özləri çayın dəmlənməsi prosesində iştirak edərək, ənənəvi Azərbaycan çay süfrəsinə qonaq olublar.