XƏBƏRLƏR

Serbiyada Azərbaycan vətəndaşlarına ali təhsil almaq üçün təqaüd proqramı elan olunub

08 may, 2024

 

 


Serbiyada Azərbaycan vətəndaşlarına ali təhsil almaq üçün təqaüd proqramı elan olunub

 

 

Serbiya Respublikası "World in Serbia" layihəsi çərçivəsində 2024-2025-ci tədris ili üçün dövlət təqaüdünə müraciətləri açıq elan edir.

 

Seçilən tələbələr təmin ediləcəklər:

  • Serb dilində hazırıq kursları (onlayn və intensiv şəkildə, Serbiyaya gəldikdən sonra) Bu imkan artıq Serbiyada təhsil almış və dil kursu keçmiş tələbələr üçün keçərli deyil. 
  • əsas akademik, əsas akademik və peşə təhsili, xüsusi akademik və ya doktorantura sahəsində təhsil ( sadəcə bir təhsil pilləsi üçün keçərlidir)
  • hər ay 18.000.00 Serbiya dinarı məbləğində təqaüd
  • qida və qonaqlama
  • Serb dilini öyrənən təqaüdçülər üçün ödənişsiz könüllü tibbi sığorta
  • 26 yaşa qədər olan tələbələr üçün məcburi tibbi sığorta, 26 yaş üstü tələbələr üçün  könüllü tibbi sığorta
  • yaşayış vizası
  • orta məktəb sənədi və ali təhsil diplomunun tanınması 

Təqaüd üçün şərtlər:

  • tələbə Qoşulmama hərəkatına üzv ölkənin və ya müşahidəçi ölkənin vətəndaşı olmalıdır 
  • tələbə adekvat təhsilə sahib olmalıdır 
  • tələbəyə layihədə iştirak edən ölkənin səlahiyyətli orqanı tərəfindən təklif verilməlidir.
  • tələbə danışıq səviyyəsində ingilis və ya serb dillərini bilməlidir. 
  • yaş həddi bakalavr pilləsi üzrə 21,magistratura pilləsi üzrə y 25, doktorantura pilləsi üzrə isə 35 dir

 

 

Müraciət üçün lazım olan sənədlər:

  • müraciətçilər  uyğun  forumu doldurmalı,  daha sonra isə formu, skan edilmiş original sənədləri ( Serb və ya ingilis dilinə tərcümə olunmuş formada)  [email protected]  mail adresinə göndərməlidirlər
  • motivasiya məktubu ilə birlikdə CV
  • pasport
  • ingilis və ya serb dillərinə tərcümə və təsdiq edilmiş təhsil sənədləri (transkript və diploma əlavə)
  • danışıq səviyyəsində ingilis və ya serb dilləri üzrə dil sertifikatı
  • tələbənin  səhhətini təsdiq edən tibbi arayış (6 aydan gec olmayaraq)

Qeyd

- ingilis və ya serb dillərində təqdim edilməyən sənədlər nəzərə alınmayacaq

- qəbul imtahanını keçdikdən və xüsusi tədris proqramına qəbul edildikdən sonra qrant sahibi tələbə seçdiyi tədris proqramını dəyişə biməz.

- müraciət üçün son tarix 1 İyun, 2024-cü ildir.

Serbiya müraciət formu

Serbiya ixtisaslar siyahı

Serbiya sağlamlıq