XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən “Friendship” adlı tədbir keçirilib

08 may, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Təhminə Əliyevanın rəhbərliyi ilə Xətai Rayonu  245  nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan  418B, 419a, 419b və 424b qrup tələbələri- Ləman İbrahimova, Şəbnəm Mirzəyeva,  Azərin Abdullayeva,  Aytən Quliyeva,  Aysun Abıyeva, Məleykə Mustafayeva,  Zəminəxanım Amanova, Fahirə Babayeva, Məryəm Qurbanova, Dünya Səfərova və məktəbin 7a,7b və 8f  şagirdlərinin iştirakı ilə “Friendship” adlı tədbir keçirilib.

Tədbir sevimli nağıllarımızdan biri olan “Tıq-tıq xanım” nağılı əsasında hazırlanıb.

Tədbirdə məktəbin direktoru Arzu Azadəliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Raminə Əsgərova, uşaq birliyi rəhbəri Məsmə Nəcəfova, məktəbin psixoloqları Bağdagül Əkbərli və Nərmin Zeynalzadə  və şagirdlər iştirak ediblər. 

Sonda məktəbin direktoru Arzu Azadəliyeva tədbirlə bağlı fikirlərini bildirib və tədbirin təşkilində fərqlənən şagirdlərə və tədbiri təşkil edən təcrübəçi müəllimlərə öz təşəkkürünü bildirib.