XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən "9 May- Faşizm üzrərində Qələbə Günü" adlı tədbir keçirilib

08 may, 2024

Azərbaycan Dillər Universitetinin İlqar Əbilhəsənov adına 42 saylı tam orta məktəbdə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aynur Təhməzovanın və Təhsil- 2 fakültəsinin təcrübəçi tələbələrinin təşkilatçılığı ilə Böyük Vətən müharibəsinə həsr olunmuş "9 May- Faşizm üzrərində Qələbə Günü" adlı tədbir keçirilib.

Tədbirdə İkinci dünya müharibəsində baş verən hadisələr haqqında məlumat verilib. Azərbaycanın bu müharibədə rolu vurğulanıb, şəhidlərin ruhu yad edilib.

Tədbirdə müharibədən video-çarx və şəkillər nümayiş olunub. Həmçinin,  tədbirdə uşaqların dilindən mahnılar səsləndirilib və müharibənin yaratdığı acınaqlı vəziyyətlə bağlı səhnəcik göstərilib. İştirakşılar tərəfindən müharibə və fəsadları haqqında fikirlər bildirilib.

Tədbirin hazırlığında  məktəbin Çağırışaqədərki hazırlıq müəllimi Novruz İsmiyev də kömək göstərdiyi bildirilib.

Tədbirdə məktəbin direktoru Firəngiz Həmidova, sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Gülnarə Zeynalabdin və digər müəllimlər, təcrübəçi tələbələr, şagirdlər iştirak ediblər.