Mərkəzlər

2021 -ci ilin mart ayında  Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev və Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri cənab Bilal Hayed ilə görüşdə Pakistan dilini və mədəniyyətinin öyrənməyin vacibliyi vurğulandı və Pakistan dili və mədəniyyəti mərkəzinin açılmasına razılıq verildi. Açılış mərasimi Pakistandan yüksək rütbəli qonaqların iştirakı ilə keçirilib.Pakistanlı mütəxəssislərin urdu dilinin tədrisinə cəlb edilməsi razılaşdırılıb. Pakistan Milli Müasir Dillər Universiteti ilə Anlaşma Memorandumu imzalanmışdır. ADU yaxın gələcəkdə Pakistanşünaslıq proqramı qurmaq niyyətindədir.