Beynəlxalq Təlim və Tədris Layihələr

DAAD GO East Sommerschule «Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü» mövzusunda birgə yay məktəbi təşkil edir.

 

Yay məktəbi ilk dəfə 2021 ci ildə ADU ilə DAAD-nin (Alman dili mübadilə xidməti) əməkdaşlığı çərçivəsində həyata keçirilmişdir.

Yay məktəbində kimlər iştirak edə bilər: Azərbayan Respublikasında alman dili  ixtisas  üzrə təhsil alan, alman dili bilik səviyyəsi (minimum B1) və ingilis dili bilik səviyyəsi (minimum B1) olan tələbələr (bakalavr, magistr)

Yay məktəbinin ünvanı: Azərbaycan Dillər Universitetinin əsas binası (Bakı şəhəri, R.Behbudov küçəsi, 134).

Yay məktəbinin məqsədi: Almaniyanın müxtəlif universitetlərində təhsil alan tələbələrə Azərbaycanı təqdim etmək, ölkə haqqında məlumatlandırmaq, onun reallıqlarını çatdırmaq, qərb ölkələri ilə Azərbaycan arasında yaxınlaşmaya tövhə vermək.

Yay məktəbi azərbaycanlı  tələbələrə ölkəmiz haqqında ilk təəsürat yaratmaq, müxtəlif sahələr üzrə aktual mövzularda müzakirələrdə iştirak etmək imkanı verir. Eyni zamanda, Almaniyadan və Azərbaycandan olan iştirakçılar arasında ünsiyyətin qurulmasına, yeni nəzəri və praktik biliklərin əldə olunmasına şərait yaradır.

Tədbirdə Azərbaycan Respublikasının ictimai, iqtisadi və mədəni həyatının müxtəlif sahələri (ədəbiyyat, dil, tarix, musiqi, incəsənət, iqtisadiyyat, siyasət və s.) üzrə yerli və alman ekspertlərin, alim və mütəxəssislərin alman və ingilis dillərində məruzələri dinlənilir və onların ətrafında müzakirələr aparılır.

 

Kimlər müraciət edə bilər: İştirakçı ayrı-ayrı sahələr üzrə intellektual müzakirələr aparmağı bacarmalı, Azərbaycanın tarixi və mədəniyyəti, ictimai həyatı haqqında məlumatlı olmalı,  yay məktəbinin proqramında fəal iştirak etməli, Bakı və Abşeronun tarixi-mədəni guşələrinə və abidələrinə ekskursiyalarda                    (Qız qalası, Qala muzeyi, Yanardağ, Atəşgah, Şirvanşahlar sarayı, Qobustan və s.) alman dilində bələdçilik bacarığı olmalıdır.

 

Suallar və digər məlumatlar üçün Azərbaycan Dillər Universiteti Germanistika İnstitutuna müraciət edə bilərsiniz.

 

Germanistika İnstitutunun sədr köməkçisi Leyla İsmayılzadə: [email protected]

 

Homepage: https://institutfurgermanistikasu.wordpress.com/go-east-sommerschule-2021-baku/